İsmayıllıda bir gecədə 6 mağaza və 1 aptek yarılıb

Trend EL TV-yə istinadən məlumat verir ki, İsmayıllıda bir gecə ərzində 6 mağaza və aptekdən 2500 manat pul və xeyli ərzaq malları oğurlanıb.

Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, İsmayıllı rayon Mərkəzi Bazarının ətrafında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər polis şöbəsinə ərizə ilə müraciət edərək bildiriblər ki, naməlum şəxslər bir gecədə onlara məxsus mağaza və aptekdən 2500 manat pul və ərzaq mallarını oğurlayıblar.

Polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib və məlum olub ki, sahibkarlara məxsus aptek və mağazaların qapıları xüsusi üsulla hazırlanan alətlə açılaraq obyektlər qarət olunub.

Oğrular yalnız ərazidəki nəzarət kamerası olmayan obyektlərə daxil olublar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri