Mixeil Saakaşvili: Sabiq baş nazir barmaqlıq arxasında çox qalmayacaq

Mixeil Saakaşvili: Sabiq baş nazir barmaqlıq arxasında çox qalmayacaq Gürcüstan prezidenti Mixeil Saakaşvili Vahid Milli Hərəkatın (VMH) sədri və baş katib vəzifələrini birləşdirərək icra etmək niyyətində deyil.

Mixeil Saakaşvili hesab edir ki, bu gün həbs edilmiş sabiq baş nazir, partiyanın baş katibi Vano Merabişvili barmaqlıq arxasında çox qalmayacaq. Bu barədə prezident çərşənbə axşamı keçirilmiş mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, baş katibin dəyişməsinə ehtiyac yoxdur, çünki bir neçə gün ərzində o azadlıqda olacaq", prezident qeyd edib.

Bununla yanaşı prezident vurğulayıb ki, əgər Merabişvili həbsxanada çox qalsa, onda Gürcüstanı problemlər gözləyir.

"Bu beynəlxalq təcrid edilmə problemləridir", Saakaşvili vurğulayıb.

Saakaşvili qeyd edib ki, 2004-cü ildə prezident vəzifəsinə seçiləndən sonra 3-4 ay ərzində o, çox ölkələrə, o cümlədən ABŞ-dan başlayaraq Rusiya getməyi ilə bitirməklə baş çəkib.
Şərhlər
Dünya bölməsinin xəbərləri