Astarada saxta “100”lüklə ərzaq alan Lənkəran sakini saxlanılıb
- 04.07.2014, 20:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mağazadan ərzaq məhsulları alıb müqabilində saxta əskinas vermiş Lənkəran şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də Astara rayonunun Şahağacı kəndinin ərazisində naməlum şəxs kənd sakini Nuriyyə Ağabalayevaya məxsus mağazadan ərzaq məhsulları alıb müqabilində saxta 100 manatlıq əskinas verib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Fərid Axundov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.