Neymar Dünya çempionatı ilə vidalaşıb

Dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Braziliya-Kolumbiya oyununda meydan sahiblərinin futbolçusu Neymar ciddi zədələnib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, komandanın həkimi braziliyalı ulduzun mundialın digər matçlarında oynaya bilməyəcəyini deyib.

Braziliyanın Kolumbiyanı 2:1 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazandığı oyunda Neymar rəqib müdafiəçi Xuan Kamilo Sunyiqo ilə toqquşaraq belindən zədələnib.

Qeyd edək ki, Braziliyanın çempionatdakı hər oyununa start heyətdə çıxan hücumçu 5 oyuna 4 qol vurub.

Braziliya 1/2 finalda güclü Almaniya yığması ilə qarşılaşacaq. İyulun 8-də baş tutacaq oyunda Neymarın yoxluğu Braziliya yığması üçün çox böyük itki olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri