Fransada “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib
- 22.05.2013, 02:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Fransanın paytaxtında məşhur “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, ifrat sağçı fikirləri ilə tanınan Dominik Venner adlı 78 yaşlı yazıçı-publisist kilsəyə daxil olaraq tapançayla baş nahiyəsinə açdığı atəş ilə həyatına son qoyub. O bu intiharı Fransada bu yaxınlarda eyni cinsli nigahların leqallaşdırılmasına dair qəbul edilmiş qanuna etiraz olaraq həyata keçirib.
Bu gün işıq üzü görmüş məqaləsində intihar etmiş publisist Fransada eyni cinsli nigahların leqallaşdırılmasına dair qəbul edilmiş qanunu qətiyyətlə pisləyib və Fransa hakimiyyətinin islamçıların və afrika-ərəb miqrantlarının əlində oyuncaq olduğunu iddia edib.