AHİK sədri pioner düşərgələrinin bərpasını təklif edir
- 22.05.2013, 13:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən hər il 6 minə yaxın uşaq istirahət guşələrinə dincəlməyə göndərilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev bildirib.
O qeyd edib ki, buna baxmayaraq qeyd olunan rəqəm Azərbaycan üçün aşağı göstəricidir:
"Yaxşı olardı ki, sovet dövründə mövcud olan pioner yay istirahət düşərgələri yeni formada bərpa olunsun. Çünki yay aylarında tətilə buraxılan uşaqların heç də hamısının öz istirahətlərini təmin etmək imkanı yoxdur. Ona görə də bu uşaqların taleyi sual altına düşür. Onlar ya küçə uşaqlarına, ya da hansısa cinayət hadisəsinin iştirakçısına çevrilirlər".
AHİK sәdri qeyd edib ki, bütün bunların qarşısını almaq üçün həmin düşərgələrin fəaliyyətini yeni formada bərpa etmək lazımdır.