Dünya Çempionatı: Cüneyt Çakır Hollandiya-Argentina oyunun hakimi təyin edilib
- 08.07.2014, 08:05,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli hakim Cüneyt Çakır Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının yarımfinal qarşılaşmasının baş hakimi təyin edilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) mətbuat xidməti bəyan edib.
37 yaşlı Çakır bundan əvvəl turnirdə iki qrup oyununun baş hakimi olub: Braziliya-Meksika (0:0) və Rusiya – Əlcəzair (1:1).
Braziliya və Almaniya arasında digər yarımfinalı meksikalı hakim Marko Rodriqes idarə edəcək.