Azərbaycan XİN Monserrat Kabalyenin Xankəndindəki konserti ilə bağlı məlumatları araşdırır
- 22.05.2013, 13:36,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan XİN opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal edilmiş ərazilərində konsert verəcəyi barədə məlumatları araşdırır. Bu barədə Trend-ə açıqlamasında XİN rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Ermənistan KİV-i məlumat veriblər ki, bütün dünyada məşhur opera müğənnisi Monserrat Kabalye Ermənistan Dövlət Gənclər Filormaniya Orkesteri ilə birgə Azərbaycanın işğal edilmiş ərazilərində çıxış edəcək.
Belkantano üslubunda ifa edən Kabalye Rossini, Bellini və Doniçettinin əsərlərinin ifasından sonra məşhurlaşıb. O, 1965-ci ildə Merlin Xornun onun ifasında Qaetano Donisettinin eyniadlı operasında Lukresiya Bordca partiyasını eşidəndən sonra məşhurlaşıb.