Nadir Qafarzadə "Yaşıl Teatr"ın səhnəsində xanımına konsert verdi

Nadir Qafarzadə "Yaşıl Teatr"ın səhnəsində xanımına konsert verdi 7 iyul müğenni Nadir Qafarzadenin “Yaşıl Teatr”da heyat yoldaşına hesr etdiyi “Heyatımsan ömrüm qeder” adlı konserti baş tutub.

Senetçinin söz verdiyi kimi, zalda tamaşaçı olmayıb. Geceye qırmızı avtomobille gelen xanımını qarşılayan Nadir onu xüsusi hazırlanmış yerde eyleşdirib. Konserti “Azerbaycan ateşi” reqs qrupu açdı və bütün gecə ərzində sənətçini müşayət etdi. Maraqlı anların yaşandığı gecede N.Qafarzade heyat yoldaşı üçün yazdırdığı “Sevincim - nadir incim” adlı xüsusi besteni seslendirib, telebeleri ile duetler oxuyub. Müğenninin ömür-gün yoldaşı Sevinc teessüratlarını mediayla bölüşüb:

“Çox heyecanlı idim. Nadirin bütün mahnılarını her gün eşidirem. Bu defe onların menim üçün seslendirilmesi maraqlı oldu. Nadire evvelceden demişdim ki, mene kameralar yaxınlaşmasın, heyecanlıyam. Men mediadan uzaq insanam. Amma konsertden sonra heyecanım keçdi. Her kesin sualını cavablandırdım”. “Nadir gözəl ailə başçısı olmaqla yanaşı, gözəl dost, ömür gün yoldaşıdır. Sevincli, kədərli günləri birlikdə keçmişik. Ac vaxtlarımızda olub. Amma hər bir halda Nadirin mənə olan diqqəti, qayğısı bütün problemlərə üstün gəlib.”

  Müğənni 2 saat yarım müddətdə “Necə unudum səni”, “Unutulur”, “Xalidə”, “Maral”, “Sevdim bir gənc xanımı”, “Pardon”, “Haberin varmı”, “Sən mələksən” kimi sevilən mahnılarını ifa etdi.

Qeyd edək ki, N.Qafarzadə gecədə 23 mahnı səsləndirib. Onlardan 4-ü yeni bəstə olub.




Nadir Qafarzadə "Yaşıl Teatr"ın səhnəsində xanımına konsert verdi

Nadir Qafarzadə "Yaşıl Teatr"ın səhnəsində xanımına konsert verdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri