AZAL Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb
- 10.07.2014, 21:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Hava Yolları” QSC (AZAL) Maştağa qəsəbəsin yaxınlğında baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 S” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.
Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.