Böyük Britaniyanın enerji naziri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın mövqeyi aydındır. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon (Michael Fallon) deyib.

M. Fallon xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur: “Biz istərdik ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırsın və danışıqlar prosesi tezliklə müsbət nəticə versin”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri