Səfir: Azərbaycandakı çoxsaylı dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlığın çoxəsrlik tarixi var
- 10.07.2014, 23:44,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycandakı çoxsaylı dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlığın çoxəsrlik tarixi var. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bugün öz iqamətgahında təşkil etdiyi iftar süfrəsində bildirib.
Səfir bütün dini icmaların rəhbərlərini, hökümət nümayəndələrini və diplomatları salamlayaraq bu axşam bu iftar süfrəsinə ev sahibliyi etməkdən məmnunluq duyduğunu bildirib.
Səfir bildirib: "Bu bayram bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verir. Azərbaycanda milyonlarla müsəlman dünyadakı müsəlmanlarla birgə bu mübarək bayramı qeyd edir. Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır. Dünyanın hər guşəsində yaşayan müsəlmanlar imkansızlara əl tutmaq niyyətinə sadiqliyini bu ayda bir daha təsdiq edir."
Səfir ABŞ Prezidenti Barak Obamanın arzularına qoşularaq hamıya ailə səadəti, sülh, əmin amanlıq, birlik və bəranərlik, habelə qarşılıqlı anlaşma dolu bir ay diləyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman Musayev Ramazan ayı münasibəti ilə qonaqları təbrik edib.
Hacı Salman Musayev bildirib: "Bugünlər müharibələrin və qan tökümünün dayandırılması dövrüdür. Təəsüflər olsun ki, bir çox müsəlman ölkələrdə bu çox geniş vüsət alır.
Bugünlərdə tökülən qanlara son verilməsi üçün dua edirik. Bugünlərdə bir-birlərinə atəş açanlar buna son qoymalıdır".
O bildirib ki, hər kəs bütün dünyada sabitlik və əmin-amanlıq olması üçün dua etməlidir: "Arzu edərdim ki, dünyanın hegemon dövlətləri dünyada qan tökülməsinin qarşısının alınması istiqamətində işlər görsün".