Məşhur aparıcı: Tamamilə soyunub necə soyunmaq lazım olduğunu göstərəcəm
- 11.07.2014, 20:36,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış azərbaycanlı aparıcı, model Tunay Əliyeva çoxlarına ANS-in “Zərif çərşənbə”, “Dəniz döyüşü”, “Yallı” və s. verilişlərindən, eləcə də “Mənim əziz Fellini” və “Ultionis” filmlərindən tanışdır.
Atasının ölümündən sonra aparıcı “Space” kanalını tərk etmiş və bir daha efirə çıxmamışdı. Hal-hazırda Regional televiziyada “Avtodrom” verilişinin aparıcısıdır. Yaxın zamanlarda isə tamaşaçıların qarşısına yeni layihə ilə çıxacaq.
Oxu.Az xəbər verir ki, Tunay bütün bunlar haqqında Vesti.az-a verdiyi müsahibəsində danışıb.
- Belə gözəlsiz və hələ də yalnızsız?
- Problem məndə deyil, azərbaycanlı kişilərindədir. Azərbaycanlı kişilər dünyanın ən tərbiyəsiz və əxlaqsız kişiləridir. Səbəb ondadır ki, azərbaycanlı kişinin bir qadınla gözü doymur. Azərbaycanlılar fahişələri sevirlər. Onlar üçün küçə qadını böyük maraq kəsb edir. Ona görə də mən təkəm.
- Eşitmişəm bu yaxınlarda açıq-saçıq fotosessiya təqdim edəcəksən...
- Bəli planlayıram. Qeyd etmək lazımdır ki, çimərlik geyimində ilk dəfə mən çəkilmişəm, bu, böyük səs-küyə səbəb oldu. Deyirdilər ki, guya ki, soyunmuşam və bu bizim mentalitetə uyğun deyil. Ay millət, mən soyunmamışdım, bu çimərlik geyimi idi. Demək istərdim ki, mən hər şeydən öncə model və aktrisayam. Bax indi fotosessiya çəkdirəcəm və necə soyunmaq lazım olduğunu göstərəcəm.