İsmət Abasov: Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artımı gözlənilir

Azərbaycan Kənd Təssərüfat Nazirliyi 2013-cü ilin yekunlarına görə, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 6-7 faiz artacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü qida sənayesi üzrə "WorldFood Azerbaijan 2013" Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisinin açılışı zamanı kənd təsərrüfatı naziri İsmət Abasov bildirib:

"Ötən il kənd təsərrüfatı məhsulları istehsalı 6 faizdən çox, bu ilin yanvar-aprel ayında isə 4,8 faiz artıb. Lakin nəzərə alsaq ki, işlərin böyük əksəriyyətinin ilin ikinci yarısında nəzərdə tutulub, onda biz 6-7 faizlik artım gözləyirik".

Onun sözlərinə görə, bu sahənin inkişafı prosesində belə sərgilər əhəmiyyətli rol oynayır.

Mayın 22-dən 24-dək "Bakı Ekspo Mərkəz"ində Azərbaycanın Kənd Təssərüfatı Nazirliyinin dəstəyi ilə qida sənayesi üzrə "WorldFood Azerbaijan-2013" Azərbaycan Beynəlxalq "Qida sənayesi" beynəlxalq sərgisi keçirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri