Fələstin rəsmisi: “İsrailin Qəzzanı bombalaması nəticəsində 121 nəfər ölüb, 1000-dən çox adam yaralanıb"

Son 6 gündə İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində Fələstin tərəfdən 121 nəfər ölüb, 1000-dən çox adam isə yaralanıb.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstin hökumətinin səhiyyə naziri Əşrəf əl-Kudra deyib.

Əl-Kudra bildirib ki, İsrailin “Qırmızı xətt” adı ilə başlatdığı hərbi əməliyyatdan daha çox mülki əhali, qadınlar və uşaqlar zərər görüblər.

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu Qəzzadakı “HƏMAS” qruplaşmasını tamamilə məhv edənə qədər heç bir danışıqlara getməyəcəyini bəyan edib. ABŞ, Türkiyə və Misirin atəşkəsin bərpası üçün etdiyi təkliflər və çağırışlar da nəticəsiz qalıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri