“Euronews” Kannda “Baku-2015” ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlamışdır
- 12.07.2014, 22:23,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Euronews" televiziya kanalı Kannda "Baku-2015" ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlamışdır.
AzərTAc-ın verdiyi xəbərə görə, telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan bayraqları ilə bəzədilmişdi. Videomaterialda deyilir: "Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə qeyd edilmişdir. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilmişdir".
Qaçışın qalibi - Nitsanın 25 yaşlı sakini Maksans Vodelin bildirmişdir ki, qaçışın səmimi atmosferi onun xoşuna gəlmişdir. O demişdir: "Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi".
Arzu edənlərin hamısı qaçışda iştirak etmişdir. Üç nəfər qalib Bakıda keçiriləcək ilk Avropa oyunlarına dəvətnamə almışdır. Dəvətnamələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim etmişdir. Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak etmişdir.
Nazir televiziya kanalına verdiyi müsahibədə bildirmişdir ki, belə idman yarışlarını öz şəhərində qəbul etmək dünyanın istənilən şəhəri üçün çox əhəmiyyətlidir. O demişdir: "Belə tədbirlər təkcə şəhərin infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir".
Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmişdir.