Fransanın “Nice-Matin” qəzetində Bakıda keçiriləcək Avropa Oyunlarının təqdimatı ilə bağlı Kannda təşkil olunan yürüşdən bəhs edilmişdir
- 12.07.2014, 22:28,
- Siyasət / Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın gündəlik "Nice-Matin" qəzetinin 12 iyul tarixli nömrəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar iyulun 11-də Kannda Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunan yürüşdən bəhs edən "Bakı Kruazettdə" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan tədbirin ilk dəfə Kannda baş tutduğu, gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı Kruazettdə 5 kilometrlik məsafədə yürüş təşkil olunduğu bildirilir.
Yürüşdə 100-dən artıq həvəskarın iştirak etdiyi vurğulanan məqalədə qaliblərin də fikirlərinə yer verilir.
Yazıda gələn il iyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarında idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi diqqətə çatdırılır.