Nigar Camal: “Həyat yoldaşımla ayrılmışıq”
- 13.07.2014, 13:33,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Nigar Camal Türkiyənin “Posta” qəzetinə müsahibə verib.
Live.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hazırda “X Factor” musiqi müsabiqəsində münsiflər kürsüsündə əyləşən ifaçı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib:
“Həyatımda sevgi, məhəbbət yoxdur. Mənim eşqim qızlarımdır, anam, atam və yeni layihələrimdir. Həyat yoldaşım ilə ayrılmışıq. Hazırda dost münasibətindəyik. Çünki iki qızımız var. Biri 8, digəri 7 yaşındadır. Hazırda işlərim gözəl davam edir. Sevgi olanda işləmək çox çətin olur. Bütün günü onu düşünürəm. Həmişə yanımda olsun, onun səsini eşitmək istəyirəm. Sevdiyim insanı qısqansam da, göstərməyi sevmirəm. Ən böyük problem məni qısqananda olur. Bunu həddindən çox yaşadım. Qısqanılmağı sevmirəm. Çox çətindir”.
Sənətçi bəyəndiyi kişilərdən də bəhs edib:
“Hərəkətli, zarafat edən, gülərüzlü, pozitiv kişiləri sevirəm. Davakar kişiləri bəyənmirəm. Çox qısqanc olmasın, bir də davamlı oturan, danışmayan kişiləri sevmirəm. Məncə, türk kişiləri dünyanın ən yaraşıqlı kişiləridir. İtaliyaya da getdim, yaraşıqlıdırlar, amma müsəlman deyillər. Mədəniyyətləri də fərqlidir. Türk kişilərini İtalyan kişilərinə dəyişmərəm”.
Nigar Camal geyimlərindən də söhbət açıb:
“Uzun saç sevirəm, saçlarım tez-tez gözəllik salonuna getdiyim üçün yandı və qurudu. Evdə jojoba yağı ilə maska tətbiq edirəm. Üzümə gündə iki dəfə nəmləndirici krem sürtürəm. Gündəlik həyatımda əsla makiyaj etməyib dərimi istirahət etdirirəm. Şort və mini ətək geyinməyi sevirəm. Səhnədə də qısa paltarlar geyinmək xoşuma gəlir. Çünki ayaqlarıma güvənirəm”.