Azərbaycanda 14 yaşlı uşaq dənizdə batıb, dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər isə xilas edilib
- 14.07.2014, 00:45,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 13-də 2000-ci il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M. Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Suraxanı rayonunda da 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib
Daha 1 nəfər isə Sumqayıt şəhəri, “Corat” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonu ərazisində də analoji hadisə baş verib. “Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.