Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 1 yerüstü piyada keçidi və 7 keçid tikiləcək
- 14.07.2014, 10:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15 - 45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir.
Bu barədə APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O deyib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.
“Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, - deyə P. Mürsəliyev əlavə edib.
Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.