Bakıda özünü dənizə ataraq intihara cəhd edənin kimliyi məlum olub
- 15.07.2014, 08:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda, Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə ataraq intihara cəhd edənin kimliyi bilinib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, intihara cəhd edən Məmmədov Ruslan Şamil oğludur. Onun ruhi xəstə olduğu bildirilir.
***
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər ruhi xəstə kişi özünü dənizə atıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb edilən nazirliyin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 20:51-də başa çatıb.