Türkiyə xarici işlər nazirinin müavini rusiyalı həmkarı ilə Krım tatarlarının problemini müzakirə edib
- 16.07.2014, 11:06,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə xarici işlər nazirinin I müavini Firuddin Sinirlioğlu ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında telefon danışığı olub.
APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyət və Krım tatarlarının problemi daxil olmaqla, bir sıra aktual regional məsələləri müzakirə ediblər.