Ukrayna DİN Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü açıqlayıb
- 18.07.2014, 08:10,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın Daxili İşlər Nazirliyi “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing 777" təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü təsdiq edib.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bəyan edib.
“280 sərnişin və 15 ekipaj üzvü ölüb”, - Qeraşşenko özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, təyyarəni separatçıların “Buk” zenit-raket kompleksi vurub.
Təyyarə antiterror əməliyyatı zonasında qəzaya uğrayıb. Ukrayna prezidenti Pyotr Poroşenko və qondarma Donetsk xalq respubliikasının rəsmiləri təyyarəni vurmadıqlarını bildiriblər.
***
21:41
"Boeing-777" təyyarəsinin qəzaya uğradığı yerdə 100 cəsəd tapılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, cəsədlərin hissələri bir neçə kilometrə səpələnib.