“İnter” səfərdə İsveç klubuna qalib gəlib

Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan Bakı “İnter” bu gün növbəti sınağına çıxıb.

Apa-nın məlumatına görə, paytaxt təmsilçisinin mövsümdəki 2-ci rəqibi İsveçin “Elfsborq” klubu olub.
 
II təsnifat mərhələsinin ilk matçını da səfərdə keçirən “İnter” ötən mövsüm olduğu kimi yenə Skandinaviya səddini adlamalıdır. Onda “bankirlər” Norveç “Tromse”sini keçə bilməmişdi.
 
Bu dəfə isə "İnter" İsveçdə sərfəli nəticə qazana bilib. Meydana baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi ilə çıxan komandamız səfərdə 1:0 hesabı ilə qalib gəlib.
 
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
“Elfsborq” (İsveç) – “İnter” (Azərbaycan) - 0:1
Qol: Georgiyevski, 29
Şərhlər
İdman bölməsinin xəbərləri