Angela Merkel: “Almaniya İsrailin tərəfindədir”
- 18.07.2014, 19:45,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrailin özünü müdafiə etmək hüququ var. Almaniya İsrailin tərəfindədir.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı sualı cavablandırakən deyib.
İsrailin Qəzza zolağına hücumlarını özünümüdafiə hüququ ilə əlaqələndirən A. Merkel bununla yanaşı İsraili də diqqətli olmağa çağırıb: “HAMAS-ın əlində yeni silahlar var. Hücuma məruz qalan hər bir ölkə özünü müdafiə edəcək. Almaniya İsrailin tərəfindədir”.
Misirin atəşkəs təklifinə gəldikdə isə A. Merkel Qahirənin təşəbbüsünün ərəb ölkələri tərəfindən müsbət qarşılanacağına ümid etdiyini bildirib. Almaniya kansleri qeyd edib ki, münaqişənin həlli üçün siyasi addımlar atılmalıdır. Onun fikrincə, həll prosesi iki dövlətli modeldən keçir.