ABŞ kəşfiyyatı: “Boeing-777” təyyarəsi Ukraynanın şərqindəki separatçılar tərəfindən vurulub
- 18.07.2014, 19:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ kəşfiyyatı Ukrayna səmasında Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin ölkənin şərqindəki Rusiyayönümlü separatçılar tərəfindən vurulduğu qənaətinə gəlib. APA-nın xəbərinə görə, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Həmin mənbə kəşfiyyatın ilkin məxfi analizi ilə tanış olub.
Qeyd edək ki, Ukrayna hakimiyyəti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən separatçı-terrorçu qruplar tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu hadisədən bir qədər sonra açıqlayıb. Bu barədə sübutlar BMT-yə və digər beynəlxalq qurumlara təqdim ediləcək. Ukraynanın daxili işlər naziri Arsen Avakov “Buk” sisteminin bu gün Ukraynadan çıxarılaraq sərhəd xəttinin nəzarətsiz nöqtəsindən Rusiyaya aparıldığını deyib və bu barədə video yayıb.