Prezident İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Malayziya və Niderlandın Baş nazirlərinə başsağlığı verib
- 18.07.2014, 19:51,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Malayziyanın Baş naziri Dato' Sri Mohd Nacibə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
"Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Dövlət başçısı Niderland Krallığının Baş naziri Mark Rütteyə də başsağlığı verib:
"Hörmətli cənab Baş nazir,
"Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı.
Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".