M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova yeni layihə üçün fotokamera qarşısına keçib.
ANS-in məlumatına görə, “Up Close & Stylish” adlı layihənin çəkilişi Ülviyyə Rəhmanovanın evində baş tutub.
Qeyd edək ki, “Up Close & Stylish” layihəsində hər dəfə Azərbaycanın fərqli populyar xanımlarının geyim seçimi nümayiş olunacaq.