Röya telekanala qadağa qoydu

Milyonlarla pərəstişkarı olan məşhur müğənni Röya Ayxan qadağa qoyub. Müğənninin qadağası Türkiyənin TMB kanalınadır (Turkish Music Box).

Live.az-ın ANS-ə istinadın verdiyi məlumata görə, bu barədə sənətçinin mətbuat katibi Türkan Məmmədli məlumat yayıb. Buna səbəb olaraq isə kanalda yayımlanan "Fan savaşı" yarışması olub:

“Röya Türkiyə kanalına qadağa qoydu. Səbəb isə kanalda “Fan savaşları” yarışmasında bu dəfə Aygün Kazımova ilə Röya Ayxanın sevənlərini üz-üzə qoymasıdır. Bu səbəbdən də Röya yarışmadan da imtina edib. İfaçı daha böyük və nüfuzlu yarışmalarda iştirak etmək istəyir. Əlbəttə, TMB-yə təşəkkür edirik. Amma belə yarışmalara ayıracaq zamanımız yoxdur. Röya xanım bu yarışmada iştirak etmək istəmir. O, ümumiyyətlə TMB kanalında kliplərinin yayımlanmasına qarşıdır. Ümidvarıq ki, kanal rəhbərliyi bizi düzgün anlayacaq”.

Türkan Məmmədli Röyanın pərəstişkarlarına üzünü tutaraq bildirib ki: “Heç bir fanat özünə əziyyət verib, həmin yarışmada iştirak etməsin və səs yollamasın. Bu da müğənninin şəxsi istəyidir”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri