“İnter” və “Neftçi” rəqiblərinin adını bildi

İyulun 18-də UEFA Avropa Liqasında üçüncü mərhələnin püşkü atılıb. Bakının “İnter” komandası ikinci raundu keçəcəyi halda “Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Həmin mərhələdə oynayacağı halda Bakının “Neftçi” komandasının rəqibi “Bursaspor” (Türkiyə) – “Çixura” (Gürcüstan) cütlüyünün qalibi olacaq.

İkinci mərhələ dünən start götürüb. “İnter” İsveçin “Elfsborq” klubunun qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. “Neftçi” isə ölkə paytaxtında “Koper”ə uduzub – 1:2.
Şərhlər
İdman bölməsinin xəbərləri