Monserrat Kabalyenin İrəvan konsertinin təşkilatçısı: “Dağlıq Qarabağda konsert olmayacaq”
- 22.05.2013, 16:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyanın məşhur opera ifaçısı Monserrat Kabalye Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində çıxış etməyəcək.
APA-nın xəbərinə görə, bu barədə M.Kabalyenin İrəvan konsertinin təşkilatçısı Vaaqn Gevorkyan bildirib.
V.Gevorkyan dünya şöhrətli opera müğənnisinin iyunun 4-də Xankəndidə çıxış edəcəyi barədə məlumatları təkzib edib: “Bir təşkilatçı kimi deyirəm ki, Kabalyenin Dağlıq Qarabağda konsert verəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil”.
Qeyd edək ki, M.Kabalye Ermənistan iyunun 9-da İrəvanda konsert proqramı ilə çıxış edəcək. Artıq konsertin biletləri satışa çıxarılıb.