Rusiyanın tanınmış müğənniləri Latviyanın “qara siyahısı”na düşüblər
- 21.07.2014, 18:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İosif Kobzon, Oleq Qazmanov və Valeriya Latviya Xarici İşlər Nazirliyinin “qara siyahısı”na düşüblər.
APA-nın Latviya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxslərin ölkə ərazisinə girişinə qadağa qoyulub.
Latviya hökuməti hesab edir ki, rusiyalı müğənnilər Krımın ilhaqını aqressivcəsinə dəstəkləyiblər, habelə rəsmi Kiyevin siyasəti haqqında mənfi fikirlər səsləndiriblər.
Qeyd edək ki, iyulun 22-də Yurmalada ənənəvi “Yeni dalğa” festivalı keçiriləcək. İyulun 23-də İ.Kobzonun yaradıcılıq gecəsi planlaşdırılırdı.