Türkiyə Fələstində baş verənlərlə bağlı 3 günlük matəm elan edib

Türkiyə hökuməti Fələstində baş verənlərlə əlaqədar 3 günlük matəm elan edib.

APA-nın “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, bu barədə çıxış edən Türkiyə baş nazirinin müavini Bülent Arınç 22-24 iyul tarixlərinin Türkiyədə matəm günləri olacağını qeyd edib.

Bulent Arınç həmçinin İsrailin Qəzzadakı əməliyyatlarını qətliam kimi qiymətləndirərək kəskin şəkildə pislədiklərini qeyd edib. O, Türkiyə hökuməti olaraq, atəşkəs barədə cəhdləri dəstəklədiklərini və İsrailin Fələstinə qarşı kütləvi cəzalandırma siyasətindən çəkinməli olduğunu söyləyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri