Hacıqabulda qəzada ölən 4 nəfərin şəxsiyyəti məlum olub, onlardan 3-ü bir ailənin üzvüdür
- 22.07.2014, 08:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabulda ağır yol qəzasında ölən 4 nəfərin şəxsiyyəti məlum olub.
APA-nin verdiyi məlumata görə, “Mercedes” markalı, 20 CV 781 dövlət nömrə nişanlı avtomobili idarə edən Göygöl sakini, 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri, 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü Kərimova Əminə Nəsib qızı hadisə yerində ölüblər.