KİV: Mixael Şumaxer tezliklə evdə reabilitasiyasını davam etdirə biləcək
- 22.07.2014, 18:51,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Formula -1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxer dekabrın sonunda xizək sürən zaman başından aldığı ağır zədədən sonra reabilitasiyasını evdə davam etdirə bilər. Bu barədə Trend "R-Sport"a istinadən xəbər yayıb.
İyunun sonlarında elan edilmişdi ki, 6,5 aydan sonra Şumaxer komadan çıxıb və Qrenobldakı xəstəxanadan Lozanandakı reabilitasiya klinikasına köçürülüb. Daha sonra onun həyat yoldaşı Korinna bəyan etmişdi ki, Şumaxerin vəziyyəti tədricən yaxşılaşır.
Mənbənin məlumatına görə, Şumaxer bu yay öz evinə köçürülə bilər. Bazeldəki reabilitasiya klinikasının baş həkimi Mark Mader bəyan edib ki, baxmayaraq ki, ailəsi üçün ona qulluq asan olmayacaq, Şumaxer kimi pasiyentlər üçün evdə olmaq "əlverişlidir".
Şumaxerin evi Cenevrə gölünün sahilində, Lozannanın yaxınlığında yerləşir.