Bakıda boya sexi yanıb, iki qadın tüstüdən zəhərlənib
- 22.07.2014, 19:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nizami rayonunda vətəndaşa məxsus boya sexində yanğın hadisəsi baş verib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ümumi sahəsi 12 kv.m olan boya sexinə bitişik olan çörəkbişirmə sexində işləyən, şəxsiyyətləri məlum olmayan iki qadın tüstüdən zəhərlənib.
Onlar Təcili Yardım Xidmətinə təhvil veriliblər. Obyektlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.