“Qarabağ”ın UEFA Çempionlar Liqasında keçirəcəyi növbəti oyunun vaxtı müəyyənləşib

Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” komandası Avstriyanın “Zalsburq” klubu ilə ilk oyununu iyulun 30-da keçirəcək. Bu barədə məlumatı APA-ya Ağdam klubunun meneceri Asif Əsgərov verib.

Qarşılaşmanın başlama saatı da bəlli olub. Belə ki, Qurban Qurbanovun komandası Bakı vaxtı ilə saat 20:30-da meydana çıxacaq.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri