Morninqstar: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq”
- 24.07.2014, 23:36,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var.
APA-nın məlumatına görə, bu barədə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki səlahiyyətlərinin başa çatması ilə əlaqədar etdiyi vida çıxışında bildirib. Səfir qeyd edib: "Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək".
R.Morninstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.
Səfir həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ bəzi məsələlərə fərqli yanaşır: "Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik". R.Morninqstar qeyd edib ki, Azərbaycan mürəkkəb məkanda yerləşir: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik".