Bülbüloğlu: “Eurovision 2013” də Azərbaycanın rusiyalı ifaçıya verdiyi səslərin düzgün hesablanmaması ya texniki nasazlıq, ya da təxribatdır

Bülbüloğlu: “Eurovision 2013” də Azərbaycanın rusiyalı ifaçıya verdiyi səslərin düzgün hesablanmaması ya texniki nasazlıq, ya da təxribatdır Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hesab edir ki, "Eurovision 2013"də Azərbaycanın rusiyalı ifaçıya verdiyi səslərin düzgün sayılmaması ya texniki nasazlıq, ya da elementar təxribatdır.

Səfir "Komsomolskaya pravda"ya müsahibəsində müsabiqədə rusiyalı ifaçı Dina Qaripovanın xeyrinə Azərbaycandan gələn səslərin yoxa çıxması barədə sualı cavablandırarkən bildirib ki, məhkəmənin qərarına əsasən, hər üç Azərbaycan operatoru öz məlumatlarını açıblar:

""Azərcell" şirkəti Dina Qaripovanın xeyrinə 1677 səs, "Bakcell" - 380, "Nar Mobile" isə 112 səs qəbul edib. Onlar qeydə alınıb. Saxtalaşdırmaq lazım deyil! Mən bir incəsənət xadimi kimi deyə bilərəm ki, ola bilməz ki, Azərbaycan rusiyalı ifaçıya səsə verməsin. Bizim ümumi mədəni köklərimiz var. Bu, Azərbaycanda çoxlarını qəzəbləndirdi".

Bu hadisədən sonra Avropa Yayımlar Birliyi bəyanatla çıxış edərək bildirib ki, "Eurovision-2013" nəticələrinə yenidən baxılmayacaq.

Diplomatın sözlərinə görə, bu kimin nəyə səs verdiyi məlum olmayan ən qapalı müsabiqədir:

"Qoy insanlara başa salsınlar ki, efirə gedən ballar necə formalaşır. Vurğulamaq istəyirəm: hər bir zəng puldur. Niyə hər bir zəngin dəyəri təxminən 1,5 ABŞ dolları olmalıdır? İndi həmin səslər və pullar hardadır? Qoy Avropa Yayım Birliyi cavab versin".

Onun sözlərinə görə, Rusiya ictimaiyyəti bilsin ki: bu ya texniki nasazlıq, ya da elementar təxribatdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri