"İnter" İsveçin "Elfsborq" klubunu məğlub oldu
- 25.07.2014, 01:14,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, Bakının "İnter" klubu səfərdə minimal hesabla (1:0) qalib gəldiyi İsveçin "Elfsborq" klubunu qəbul edib.
Oyunun 3-cü dəqiqəsində Laşa Salukvadze qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Lakin rəqib futbolçu Per Frik bakılıların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
Birinci hissənin son dəqiqələrində isə Sebastyan Holmen isveçliləri önə keçirib - 0:1.
Oyunun əsas vaxtında başqa qol qeydə alınmadığından və hər iki oyunun nəticəsinə görə hesab bərabər olduğundan komandalar əlavə vaxtda güclərini sınayıblar. Lakin "İnter"in əlinə düşən 100 faizlik fürsətlərdən istifadə edə bilmədiyi əlavə vaxtlarda futbolçular fərqlənmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
Penaltilərdə isə "Elfsborq" üstün olub - 3:4.