Ankara-İstanbul yeni sürət dəmiryol xətti istismara verildi

Bu gün Türkiyədə Ankara ilə İstanbulu birləşdirən yeni sürət dəmiryol xətti istismara verilib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, uzunluğu 553 kilometr olan Ankara-İstanbul yeni sürət dəmiryol xəttinin açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.
Ankara-İstanbul sürət dəmiryolunun tikintisi layihəsi iki mərhələdə reallaşdırılıb. Birinci mərhələ Ankara-Əskişəhər dəmiryol xəttinin, ikincisi isə Əskişəhər-İstanbul xəttinin tikintisini əhatə edib.
Layihənin birinci mərhələsi 2009-cu ildə başa çatıb.
Yeni sürət qatarlarının istifadəsində tələbələr, hərbçilər və yaşı 60-dan yuxarı şəxslər üçün 20 faizədək, 12 yaşadək uşaqlar üçün isə 50 faizədək endirimlər nəzərdə tutulur.
Yeni dəmiryol xəttinin tətbiqi ilə Ankaradan İstanbula səfər müddətinin 3,5 saatadək azaldılacağı planlaşdırılır. Hazırda İstanbuldan Ankaraya avtobusla 7-8 saat, təyyarə ilə isə təqribən 40 dəqiqəyə çatmaq mümkündür.
Şərhlər
Dünya bölməsinin xəbərləri