Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub

Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub Bu gün Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.

Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.

Z.Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib.

Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb.


Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub
Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub
Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub

Şərhlər
Sosial bölməsinin xəbərləri