Ruhi: "Yaşadıqlarımı roman kimi yazıram"
- 28.07.2014, 02:10,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İfaçılığa həvəsli olmasına buna baxmayaraq özünü müğənni adlandırmayan Ruhi Əliyevadan yeniliklər var.
ANS-in məlumatına görə, hal-hazırda biznes-ledi kimi özünü tanıtmağı bacaran xanım, öz həyatından roman yazır. Ruhi səmimi açıqlamasında, hər gün yaşadıqlarını roman kimi qələmə aldığını və özünü həyatının sultanı adlandırdığını deyir:
"İnsanın bu gündə yaşadıqlarını yazmaq böyük bir cəsarət tələb edir. Həyatımı olduğu kimi yazmaq, bir anı belə dəyişməmək məsuliyyət tələb edir" - deyən biznes-ledi, iki ildir yazmağa başladığı həyat romanının nə vaxt işıq üzü görəcəyini dəqiq bilmədiyini deyib.