Şamaxı Astrofizika Rəsədxanası ayın təzələndiyini açıqlayıb
- 28.07.2014, 12:10,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələndiyini açıqlayıb.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yeni ay öncədən bildirildiyi kimi iyulun 26-dan 27-nə keçən gecə saat 03:43-də təzələnib.
Onun sözlərinə görə, ay təzələnərkən Günəş xəttində olduğu üçün onu görmək mümkün deyil: “Ay yerini 2-3 gün ərzində dəyişir. Bu o deməkdir ki, yerini dəyişdikdən sonra iyulun 27-ə təzələnən ayı iyulun 29-da görmək mümkün olacaq”.
X. Mikayılov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanası yalnız yeni ayın təzələndiyi vaxtı açıqlayır.
O həmçinin əlavə edib ki, Ramazan bayramının vaxtı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən açıqlanır və bu barədə ictimaiyyətə məlumat verilir.
Qeyd edək ki, bu il ölkədə Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib.