Gürcüstanda elektrik enerjisinin təchizatı tam bərpa edilib

İyulun 28-də səhər saatlarında Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi bərpa edilib. Bunu Trend-ə Gürcüstanın Energetika Nazirliyindən deyiblər.

Qeyd edək ki, dünən saat 22:30-da Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi dayandırılmışdı. Buna səbəb 500 kilovatlıq "İmereti" və 200 kilovatlıq "Kolxeti-2" elektrik ötürücü xətlərində baş vermiş qəza olub
Xüsusi briqadalar qəzanın səbəbini öyrənmək üçün hadisə yerlərinə yollanıblar.

Qeyd etmək lazımdır ki, yüzlərlə sərnişin Tbilisi Metropolitenində qalıb, onları yuxarıya çıxartmaq mümkün olub. Bundan başqa, dəmir yolunda elektrik enerjisinin təchizatı pozulduğuna görə, qatarlar 3 saat gecikmə ilə ünvana çatıblar.
Şərhlər
Dünya bölməsinin xəbərləri