Sergey Lavrov: “Krım Rusiya ərazisidir, bu məsələ ilə bağlı heç kimlə danışıqlar olmayıb, yoxdur, ola da bilməz”
- 28.07.2014, 13:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Krım Rusiyanın bir hissəsidir, bu məsələ ilə bağlı heç kimlə danışıqlar olmayıb, yoxdur, ola da bilməz”.
APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu cavab Krımdakı xalqların 17 mart referendumunda irəli qoyduğu birmənalı iradəsinə əsaslanır. Bu məsələ ilə bağlı bütün qərarlar artıq qəbul edilib”, - deyə Rusiya XİN başçısı əlavə edib.