Nadir Qafarzadə oğulları haqda danışıb
- 28.07.2014, 13:52,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Nadir Qafarzadə “Gündəlik” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, ifaçı övladlarından söhbət açıb:
“İki oğlum var, heç vaxt onların arasında fərq qoymamışam. Böyük oğlum çox ciddidir, hiss olunur ki, evdə iki kişi var. İstəmirəm ki, onun gözündən düşüm. Mən də ondan çəkinirəm. O, müstəqilliyi sevir. Avropada oxusa da, oradan mənfi heç nə götürməyib. Kiçik oğlum isə mama uşağıdır. Hər şeyi anası ilə məsləhətləşir, tez-tez onunla gəzməyə gedir”.
İfaçı yalnız həyat yoldaşı üçün verdiyi konsertdən də bəhs edib:
“Bəziləri dedi ki, Nadir özünü göstərir. Mən bu konserti həyat yoldaşıma olan sevgimdən vermişəm. O konsert bütün qadınlara həsr olunmuşdu. Gələn il bütün qadınlar üçün konsert verəcəm. Orara yalnız qadınlar iştirak edəcək”.