Rusiya YUKOS-un keçmiş səhmdarlarına 50 mlrd. dollar təzminat ödəməlidir
- 28.07.2014, 14:54,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Haaqa məhkəməsinin YUKOS səhmdarlarının iddiası üzrə qərarı açıqlanıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə YUKOS-un səhmdarlarına 50 mlrd. dollar məbləğində təzminat ödənilməlidir.
Haaqa məhkəməsinin qərarında qeyd olunur ki, Rusiya hökuməti Enerji Xartiyasını pozub və YUKOS-un aktivlərini qəyri-qanuni şəkildə mənimsəyib.
Məhkəmənin qərarı iyulun 18-də qəbul olunsa da, məhkəmənin saytında yalnız 10 gün sonra yerləşdirilib.
Eyni zamanda məlum olub ki, YUKOS-un keçmiş səhmdarları Rusiyaya qarşı iddialarının haqlarının satıla biləcəyini istisna etmirlər.
Öz növbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya bu məsələdə öz maraqlarını qorumaq üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Apellyasiya vermək üçün Rusiyanın 10 gün vaxtı var.
Qeyd edək ki, Haaqa məhkəməsinin qərarına əsasən, Rusiya YUKOS səhmdarlarına 50 mlrd. dolları 2015-ci ilin yanvarın 15-dək verməlidir. Əks halda həmin məbləğə faiz hesablanması proseduru işə düşəcək.