Günel qızının atasını açıqlayacaq

Günel qızının atasını açıqlayacaq Pişik ləqəbli müğənni-rəqqasə Günel Ələkbərova qızının atasını açıqlayacaq.

ANS-in məlumatına görə, G. Ələkbərova gecce-yə müsahibəsi zamanı maraqlı açıqlamalar verib: "Qızıma 18 yaşına çatmamış ev və maşın alacağıq. Bunu mən yox, atası söz verib. Məryəmxanımı atası o qədər çox istəyir ki, bir dəqiqə belə diqqətdən kənar saxlamır.

Sağ olsun, körpə də olsa, övladımın adına çox şey alınıb. Mən istəmərəm ki,qızım böyüyəndə müğənni olsun. Bunun tam əleyhinəyəm. İstəyirəm Məryəmxanımın oxuyub savadlı bir qız olsun.

İndiki zamanda müğənni olmaq odur ki, camaatın ağzına düşürsən. Saytlarda haqqımızda doğru və ya yalnış bir informasiya yazılan kimi insanlar altında nə gəldi yazılar. Bunlar isə biz müğənnilərin şəxsi həyatına belə təsir edir.

Mən də istəmirəm çəkdiklərimi qızım gələcəkdə çəksin. İndi bağ evindəyik. Qızım, atası və mən birlikdə istirahət edirik. Qısa zaman ərzində qızımın atasını mediaya təqdim edəcəm və hamı onu tanıyacaq".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri