Bakıda bıçaqlanma hadisəsi baş verib
- 28.07.2014, 19:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Şərifzadə küçəsində qeydə alınıb.
Nəticədə bıçaqlanan Abşeron rayon sakini, 1970-ci il təvəllüdlü Elbrus Səfərov yaralı vəziyyətdə Klinik Tibbi Mərkəzə gətirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.